Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub
Bakı, 12 sentyabr, AZƏRTAC
Ağabala Ramazanov Premyer Liqada 40-cı qolunu vurub. “Səbail”in hücumçusunun yubiley qolu Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. O, “Zirə” ilə ev matçında (1:2) fərqlənib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, hücumçu Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 62-ci futbolçudur. O, bombardirlər cədvəlində Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevə çatıb.
İlk qolunu 2012/2013-cü il mövsümündə “Xəzər-Lənkəran”ın heyətində vuran A.Ramazanov cənubluların heyətində 6, “Sumqayıt”da 5, “Şamaxı”da 4 dəfə fərqlənib.
Qeyd edək ki, futbolçu Premyer Liqa karyerasında 206-cı oyunda 40-cı dəfə rəqib qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]