Ağdamda “Nəsillərdən-nəsillərə örnək” mövzusunda tədbir keçirilmişdir
Ağdam, 17 yanvar (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağdam Rayon İcra Hakimiyyəti, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Nəsillərdən-nəsillərə örnək” mövzusunda tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümumi şöbəsinin müdiri Yeganə Musazadə, Milli Məclisin deputatı Jalə Əliyeva, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Baxşeyiş Hətəmov və başqaları çıxış edərək Qanlı Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə ətraflı danışmış, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişlər.
Çıxışlarda şəhidlərimizin gənclərimiz üçün bir qəhrəmanlıq örnəyi olduğu və 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi söylənilmiş, tariximizin ən faciəli səhifələrdən olan 20 Yanvar Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]