REGİONLAR
Ağdamda yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri mükafatlandırılıb
![](/files/galleryphoto/2023/3/1200x630/17023135315763261933_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023135315387264135_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023135315758139573_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023135313644364427_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023135316486935470_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023135312804233204_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023135314165955401_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702313531377878637_1200x630.jpg)
Ağdam, 11 dekabr, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Ağdam rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərdən, “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən tədbirlərdən danışıblar.
Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Ağdam rayonunda keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qaliblərinə rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəxri fərmanları təqdim olunub.