AĞIR ATLETİKA ÜZRƏ AVROPA ÇEMPİONATINDA İKİ AZƏRBAYCAN İDMANÇISI MÜBARİZƏNİ DAYANDIRMIŞDI
AZƏRTAC xəbər verir ki, İtaliyanın Linyano şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir. Azərbaycan idmançıları Sərdar Həsənovla Zülfüqar Süleymanov (hər ikisi 62 kq) mübarizəni başa vurmuşlar.
Hər iki idmançımız birdən qaldırmada uğurla çıxış etmişlər. Təkanla qaldırmada Zülfüqar Süleymanov xoşagəlməz hadisə ilə üzləşmişdir. İlk iki cəhddə ardıcıllıqla 155 və 158 kiloqram sifariş verən 26 yaşlı idmançımızın çıxışı uğurlu alınmışdır. Ancaq üçüncü cəhd zamanı Zülfüqar Süleymanov onun üçün ayrılmış 3 dəqiqə vaxtın başa çatmasına yalnız 6 saniyə qalmış arenaya çıxmış və 160 kiloqramlıq ştanqı qaldırmağı bacarmamışdır. Yığma üzvünün hansı səbəbdən gecikməsi məlum deyildir. Bununla da nəticəsini yaxşılaşdıra bilməyən Z.Süleymanov “kiçik bürünc”lə kifayətlənməli olmuşdur. Yekunda o, 277 kiloqram nəticə ilə 15 nəfər arasında 5-ci, iki hərəkətin cəminə görə 275 kiloqram qaldıran Sərdar Həsənov 6-cı yeri tutmuşlar.
Növbəti günlərdə milli komandamızın digər üzvləri yarışı davam etdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]