Ağırlıqqaldıranımız Nazilə İsmayılova Ankarada beynəlxalq turnirdə bürünc medal qazanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda 16 ölkədən 72 atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Millimizin heyətində körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. Turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız toplam 127 kiloqram (55+72) nəticə ilə bürünc medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]