Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafanın qədim tarixi üzə çıxır: Ağalıqtəpədə Erkən Dəmir dövrünə aid tapıntılar VİDEO

Ağstafa, 27 aprel, AZƏRTAC

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar bölgənin minilliklər əvvəlinə uzanan tarixini yenidən gündəmə gətirib. Əkin sahələrinin arasında yerləşən Ağalıqtəpə yaşayış yerində Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən genişmiqyaslı tədqiqatlar aparılır. Alimlər hesab edirlər ki, burada əldə olunan tapıntılar bölgənin Erkən Dəmir dövrü tarixini daha aydın şəkildə ortaya qoyacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Ağalıqtəpə yaşayış yerində xarici mütəxəssislərlə birlikdə elmi-tədqiqat işlərinə başlanıb. Almaniyalı arxeoloqlarla azərbaycanlı alimlərin birgə apardığı arxeoloji qazıntılar zamanı ərazidən zəngin maddi mədəniyyət nümunələri aşkar olunub. Eyni zamanda, xarici laboratoriyaya 18 karbon analizi göndərilib.

Ağalıqtəpə əsrlərin, hətta minilliklərin yaddaşını qoruyur. Abidə Gəncə-Qırmızı Körpü magistral yolunun kənarında, əkin sahələri ilə əhatələnmiş ərazidə yerləşir. Uzunluğu 345 metr, eni 170 metr olan bu yaşayış yerinin ümumi sahəsi təxminən 6 hektardır. Qazıntılar AMEA Arxeologiya və Antropologiya İnstitutunun təsdiqlənmiş baş planına uyğun olaraq aparılır. Layihəyə Azərbaycan tərəfindən tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov Almaniya tərəfindən isə professor Martin Gruber rəhbərlik edir. “Ağalıqtəpə yaşayış yerindən tapılan materialların unikallığı onunla sübut olunur ki, bu ərazidən aşkar edilən xeyli miqdarda metal çıxarlar, şlak nümunələri bizə onu deməyə əsas verir ki, abidənin ərazisində aid olduğu dövrdə metaləritmə kürəsi olub və metaləritmə kürəsindən istifadə həm təpənin yerli sakinlərinin gündəlik tələbatlarını ödəyib. Eyni zamanda, bundan mübadilə vasitəsi kimi də istifadə ediblər. Arxeoloji ekspedisiyanın nəticələri də çox uğurludur. Biz abidənin mütləq yaşının müəyyən edilməsi məqsədilə xeyli sayda analiz nümunələri təqdim etmişik. Bu analizlər Almaniyanın nüfuzlu laboratoriyalarında təhlil edilib və abidənin dövrünü bizim də təyin etdiyimiz kimi eramızdan əvvəl VIII-VI əsrlərə qədər olan bir dövrü, aralığı özündə ehtiva edir”, – deyə Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent, ekspedisiyanın rəhbəri Şamil Nəcəfov bildirib.

İlk mərhələdə 200 kvadratmetr, daha sonra isə əlavə sahələrdə qazıntılar aparılıb. Hazırda ümumi tədqiqat sahəsi 300 kvadratmetrə çatdırılıb. Torpağın 80 santimetr dərinliyinə qədər enən qazıntılar zamanı maraqlı tikili qalıqları üzə çıxıb. Çiy kərpicdən inşa edilmiş, əsasən düzbucaqlı formalı tikililər diqqət çəkir. Bəzi divarlar qoşa hörgü ilə tikilib və arası torpaqla doldurulub. Bu isə qədim tikinti texnikasının düşündürücü nümunəsi kimi qiymətləndirilir. Ərazidə iri təsərrüfat küpləri, orta və böyükhəcmli quyular, ocaq yerləri, müxtəlif keramika nümunələri, metal və sümük ox ucluqları, iy başlıqları, möhür və çıxarlar aşkar edilib. Tapıntılar qədim sakinlərin təsərrüfat həyatı, məişəti və sənətkarlıq fəaliyyəti haqqında mühüm məlumatlar verir. Qazıntılar zamanı 7 insan skeleti də aşkarlanıb.

“Azərbaycanlı həmkarlarımızla apardığımız qazıntıları birgə elmi əməkdaşlıq baxımından faydalı hesab edirəm. Maraq dairəmizdə olan bu abidə orta Kür hövzəsində həmdövr abidələrin araşdırılmasında yeni istiqamətdir. Qabaqcıl elmi-tədqiqat metodlarına əsaslanaraq qazıntılar təşkil edilib. Başlıca istiqamət Erkən Dəmir dövründə bölgədə əhalinin populyasiyası, yerdəyişmələri, istehsal ocaqlarının tapılmasıdır. Azərbaycanlı həmkarlarımızla tədqiqatlarımız gələn il də davam etdiriləcək. Tapıntıların analizləri Almaniyanın qabaqcıl texnologiyaya malik laboratoriyalarında həyata keçirilir. İlkin müşahidələrimiz abidənin ərazisində məskunlaşmanın eramızdan əvvəl VIII-V əsrlərdə mövcud olması müəyyən edilib. İnsan sümükləri konkret qəbir kameralarından tapılıb və fərqli yaş mərhələlərinə aiddir. Bu sallama qəbirlərin eyni dərinlikdən tapılması, eyni istiqamətdə dəfnlərin həyata keçirilməsi maraq doğurur”, - deyə Almaniyanın Vürsburq şəhəri Julius Maksimilianius Universitetinin professoru Martin Gruber əlavə edib.

Alimlər bildirirlər ki, tikililərin sıx yerləşməsi burada nəsil-tayfa birliklərinin və patriarxal ailələrin kompakt şəkildə yaşadığını deməyə imkan verir. Qazıntılar davam etdirilir. Hər yeni tapıntı isə bu bölgənin qədim tarixinin hələ tam açılmamış səhifələrini bir qədər də aydınlaşdırır.

Müxbir – Ruslan Novruzoğlu
Ağstafanın qədim tarixi üzə çıxır: Ağalıqtəpədə Erkən Dəmir dövrünə aid tapıntılar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb