AĞSU ÇAYINDA SAHİLBƏRKİTMƏ İŞLƏRİ APARILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağsu şəhərini iki hissəyə ayıran Ağsu çayında sel sularının və daşqınların törədəcəyi problemlərin həlli ilə bağlı tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu layihəyə 175 min manat vəsait ayrılmışdır. İşləri tenderdə layihəni udmuş “Azərsutikinti” SC-nin “Şirvansutikinti” törəmə müəssisəsi həyata keçirir. İndiyədək çayın şəhərdən keçən hissəsində sahilbərkitmə işləri görülmüşdür. Layihənin ilin sonunadək başa çatdırılacağı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]