AĞSUDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI UCUZDUR
Ağsu, 6 iyul (AZƏRTAC). Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı sayəsində məhsul bolluğu təmin edilmiş, qiymətlər xeyli aşağı düşmüşdür.
Ağsu rayon Statistika idarəsindən bildirmişlər ki, heyvandarlıq məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 25-28 faiz, taxılın qiyməti 50 faizədək, meyvə-tərəvəzin qiyməti isə 8-10 faiz ucuzlaşmışdır. Məsələn, keçən il bu mövsümdə rayonda qoyun ətinin kiloqramı 7 manata, mal əti 6 manata satılırdısa, hazırda bu rəqəmlər müvafiq surətdə 5 və 4,5 manata enmişdir.
Hazırda bazarda taxılın kiloqramı 8-10 qəpiyədir. Ötən mövsümdə bu göstərici 18-22 qəpik idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]