Ağsuda ötən yarım ilin nəticələri heyvandarlar üçün uğurlu olub
Ağsu, 3 iyul, AZƏRTAC
Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və ötən yarım il bu sahədə çalışanlar üçün uğurlu göstəricilərlə başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq bölgədə ənənəvi təsərrüfat hesab edilir və son illər bu sahədə dinamik inkişaf davam edir. 2020-ci ilin ötən 6 ayında da ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalında artım olub. Belə ki, yarım ildə diri çəkidə 2708 ton ət istehsal edilib ki, bu göstərici ötən ilin müvafiq dövründəkindən 93 ton çoxdur. Süd istehsalı da 15 ton artaraq 14 min 944 tona, yun istehsalı 4 ton artaraq 314 tona, yumurta istehsalı 622 min ədəd çoxalaraq 8 milyon 124 min ədədə çatıb.
Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Gəgəli, Qaraqoyunlu, Kəndoba, Bozavand, Ərəbmehdibəy və bir sıra digər yerlərində daha yüksək artıma nail olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]