Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK-in sədri: Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır

AHİK-in sədri: Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır

Bakı, 30 iyun, AZƏRTAC

Bu artıq müzakirə olunmaz mövzudur ki, demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan gördüyü hər bir işində, davranışlarında nümunəvi ölkəyə çevrilib, məhz bu amil ölkəmizin beynəlxalq nüfuzunu artırmaqdadır. Ermənistanın uzun illər davam edən işğal siyasəti, Azərbaycanın bu müddət ərzində danışıqlar prosesinə sadiq qalması, bunun səmərəsiz olduğunu gördükdə əks-hücum əməliyyatları nəticəsində torpaqlarını işğaldan qurtarması, müharibə qanunlarına riayət etməsi, nəticədə bütün region dövlətlərinin milli maraqlarına cavab verən reallıqların ortaya çıxması dediklərimizin əyani sübutudur. Artıq ölkəmizin müəllifi olduğu reallıqlar dünya dövlətləri tərəfindən təqdir olunmaqdadır. Təbii ki, bu cür nəticəyə nail olmaq dövlətimizin gücünü və onun rəhbərinin - Prezident İlham Əliyevin uğurlu siyasi gedişlərini, qətiyyətini və peşəkar keyfiyyətlərini göstərir. Hazırda dövlətimizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, oranın əsl sakinlərinin öz ata-baba yurdlarına qayıtması, məcburi köçkünlərin uzun illər pozulmuş hüquqlarının təmin edilməsidir. Azərbaycan bu prosesə müharibə başa çatdıqdan dərhal sonra başladı və üstündən keçən bu qısa müddət ərzində xeyli işlər görülüb. Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a açıqlamasında deyib.

“Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra qarşılaşdığımız mənzərə nəinki bizi, həm də dünya ictimaiyyətini dəhşətə gətirmişdi. Yaşı minilliklərə söykənən şəhər və kəndlərimiz viran edilmiş, canlı aləmin yaşaması üçün heç bir şey qalmamışdı. Baxmayaraq ki, ermənilər həmin əraziləri özününkü hesab edirdilər. Əməlləri isə yalanlarını bir daha ortaya çıxarırdı. Həmin vaxt o ərazilərə baxmaq kifayət edirdi ki, erməni xislətinə dərindən bələd olasan. Bu gün isə həmin ərazilər yeni görkəm almaqdadır, bütün istiqamətlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər dövlətimizin başçısı Prezident İlham Əliyevin bilavasitə ardıcıl olaraq nəzarəti altındadır, infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirak edir, aparılan bərpa işləri ilə şəxsən tanış olur, müvafiq göstəriş və tövsiyələrini verir”, - deyə AHİK sədri bildirib.

“Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına son səfəri də bir sıra vacib məqamları ilə diqqət çəkdi. Dövlətimizin başçısının Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kilovoltluq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Həmin ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması, sözsüz ki, prioritet məsələlərdəndir. Həm indiki, həm də gələcək nəsillərə, həmçinin gələcəkdə buranı ziyarət edəcək xarici qonaqlara muzeylər vasitəsilə real məlumat vermək mümkün olacaq. Biz nə düşmənin vandal əməllərini, nə də müzəffər Ordumuzun qəhrəmanlıqlarını unutmalıyıq. Bunun üçün digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də İşğal və Zəfər muzeylərinin yaradılmasını mühüm addım hesab edirəm. Kəlbəcərdə Prezidentə şəhərin Baş planının təqdim edilməsi bir daha təsdiqləyir ki, görülən işlər, tətbiq olunan layihələr sistemli şəkildə plana uyğun olaraq həyata keçirilir”, - deyə Milli Məclisin deputatı deyib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Azərbaycan hərbi qüdrətini bundan sonra da artıracaq. Azərbaycan Ordusunda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması bu istiqamətdə görülən işlərin və aparılan islahatların nəticəsidir. Ötən il dekabrın 24-də Hadrut qəsəbəsində, bir neçə gün öncə isə Kəlbəcərdə Komando hərbi hissələrinin açılışı baş tutdu. Hər iki tədbirdə dövlətimizin başçısı iştirak edərək müzəffər və yenilməz Ordumuzun gücündən və qüdrətindən bəhs etdi. Kəlbəcərdə hərbçilər qarşısında çıxışında dövlətimizin başçısı İlham Əliyev Ermənistanda məğlubiyyətlərindən aydın nəticə çıxara bilməyən, revanşist düşüncə sahiblərinə bir daha yerini göstərdi - “Dəmir yumruq” yerindədir”. Təbii ki, günü-gündən güclənən Azərbaycan qarşısında Ermənistan tərəfinin heç bir şansı yoxdur. Onlar bir də heç vaxt Azərbaycanla qarşı-qarşıya gələcək gücdə olmayacaqlar. Onların düşdükləri böhrandan yeganə çıxış yolu sadə məntiqlə qalib Azərbaycanın irəli sürdüyü tələbləri qəbul etməkdir. Mənasız xəyallar onları daha da uçuruma yuvarlaya bilər”, - deyə S.Möhbalıyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pxenyan Vaşinqtona və Seula birgə hərbi təlimlərlə bağlı xəbərdarlıq edib

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Media: Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir

İsrail Suriyadakı hərbi bazaya zərbə endirib

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə qarşılaşması 1:1 hesabı ilə başa çatıb

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?