AHİK SƏDRİ BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AHİK sədri umummilli liderimiz Prezident Heydər Əliyevin diqqət və qayğısı ilə dövlətimizin məşğulluq sahəsində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsindən, son illər rəhbərlik etdiyi qurumun məşğulluq strategiyasının hazırlanması istiqamətində gördüyü işlərdən danışmış, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin müharibə şəraitində yaşamasına baxmayaraq, əldə olunan uğur və nailiyyətlər barədə məlumat vermişdir.
Qonaqlar xarici sərmayənin ölkəmizə cəlb olunmasını, yeni istehsal müəssisələrinin, çoxsaylı iş yerlərinin açılmasını yüksək qiymətləndirmiş, respublikamızda məşğulluq strategiyasına xüsusi diqqət yetirilməsinin gələcəkdə də davam etdiriləcəyini bildirmişlər.
Görüşdə, məşğulluq, işsizlik, habelə işəgötürənlərlə həmkarlar ittifaqları arasında mövcud problemlər barədə fikir mübadiləsi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]