Aİ cari ildə Kiyevə azı 21 milyard avro hərbi yardım ayıracaq
Bakı, 9 mart, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyini davam etdirəcək və cari ildə azı 21 milyard avro hərbi yardım ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) icraçı sədr müavini Valdis Dombrovskis bildirib.
"Bu il hərbi dəstəyimiz xeyli artacaq. Ümumilikdə, son 3 ildə Aİ-yə üzv dövlətlər birgə 28 milyard avro dəyərində hərbi yardım göstərib. Bu il üçün qurum təxminən 21 milyard avro yardım etməyi planlaşdırır. Bu məbləğ daha da yüksək ola bilər”, - deyə V.Dombrovskis qeyd edib.
AK sədrinin müavini təsdiqləyib ki, Avropanın kollektiv səyləri ilin sonuna qədər bir milyon artilleriya mərmisinin çatdırılmasına yönəlib: "Biz bu səyləri növbəti illərdə də davam etdirəcəyik. Əlbəttə ki, bu təchizatın vacibliyini başa düşürük".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]