Aİ-nin neft embarqosu səbəbindən Rusiya gündə 160 milyon avro itirir
Bakı, 11 yanvar, AZƏRTAC
Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin (CREA) araşdırmasına görə, embarqo və qiymət həddi səbəbindən Rusiyanın yanacaq ixracından əldə etdiyi gəlir xeyli azalıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sanksiyalar RF-nin xam neft gəlirlərinin 32 faiz azalmasına səbəb olub. Rusiya embarqo və qiymət tavanı nəticəsində gündə 160 milyon avro itirir. Gəlirlərinin azalmasına baxmayaraq, Rusiya ümumi yanacaq ixracından gündə 640 milyon avro qazanır.
Digər tərəfdən, fevralın 5-də Avropa İttifaqının Rusiyadan xam neft və neft məhsulları idxalına əlavə sanksiyalarının qüvvəyə minməsi ilə gündəlik itkilərin daha 120 milyon artaraq 280 milyon avroya çatacağı proqnozlaşdırılır.
CREA-nın hesablamalarına əsasən, qiymət həddinin 60 dollardan 25-35 dollara endirilməsi Rusiyanın neft ixracından əldə etdiyi gündəlik gəlirləri daha 100 milyon avro azaldacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]
Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]