Aİ Rusiya diplomatlarının səfərlərinə məhdudiyyət tətbiq edəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri Rusiya diplomatlarının blok daxilində sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, yeni qaydalara əsasən, Avropa İttifaqına üzv ölkələrin paytaxtlarında fəaliyyət göstərən Rusiya diplomatları həmin dövlətin sərhədini keçməzdən əvvəl səfər planları barədə əvvəlcədən məlumat verməyə məcbur olacaqlar.
Çexiya tərəfindən irəli sürülən təşəbbüs hazırda Brüsseldə hazırlanmaqda olan yeni sanksiyalar paketinin tərkib hissəsidir.
Qeyd edək ki, əvvəlcə bu tədbirə etiraz edən Macarıstan son anda vetosunu geri götürüb və bununla da razılaşmanın qəbuluna yaşıl işıq yandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]