Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İsmayıl Hacıyev: Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir

Akademik İsmayıl Hacıyev: Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir

Naxçıvan, 9 fevral, Rauf Kəngərli, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Muxtar respublikanın yaradılması Azərbaycanın, həmçinin bölgənin tarixində böyük əhəmiyyət kəsb edib və xalqımızın həyatında əlamətdar hadisəyə çevrilib.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib. Akademik qeyd edib ki, XX əsrin 20-ci illərində Naxçıvan çox çətin və mürəkkəb hadisələrlə qarşılaşıb, Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşüb, məkrli düşmənimiz olan erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atıblar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməyıb, onu qoruyub saxlayıb və Azərbaycanla birləşməsinə nail olublar.

Hadisələri çətinləşdirən ən mühüm cəhətlərdən biri də bir sıra iri kapitalist dövlətlərinin tutduqları mövqe, Naxçıvan diyarının Ermənistana verilməsi üçün müxtəlif yollardan istifadə etmələri idi. Bu dövlətlərdən biri general-qubernatorluq yaratmaqla, başqa birisi bitərəf, yaxud neytral zona formalaşdırmaqla, üçüncüsü isə torpaqları güzəşt etməklə Ermənistanı sovetləşdirmək yolunu tutublar. Ermənilərin fikirləri bu idi ki, Cənubi Qafqazda inzibati ərazi bölgüsü aparılarkən onlara az pay düşüb. Lakin başa düşmək istəmirdilər ki, ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılardır.

XX əsrin 20-ci illərində başqa dövlətlər kimi, bolşevik Rusiyasının da məqsədi Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparıblar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu. Ermənilər açıq-aşkar bildirirdilər ki, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”.

Qəhrəman naxçıvanlılar məkrli düşmənlərin niyyətlərinin
reallaşmasına imkan verməyiblər

İsmayıl Hacıyev deyib: “Qəhrəman naxçıvanlılar erməni basqınlarını mərdliklə cavablandırıb, məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməyiblər. Naxçıvanlıların qəhrəmanlığından bəhs edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Azərbaycan parlamentindəki çıxışında deyib: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar”.

Ermənistanın Naxçıvana olan iddialarının artdığı bir dövrdə - 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusunun Naxçıvana gəldiyini və erməni özbaşınalığının qarşısını almaq üçün yerli əhaliyə kömək göstərdiyini deyən AMEA Naxçıvan Bölməsinin sədri bildirib ki, həmin vaxtlar Birinci Dünya müharibəsində məğlub olduqlarına və Mudros müqaviləsinin şərtlərinə görə, türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli olub. Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz-Türk Cümhuriyyəti adlı respublika yaradıblar. Əmir bəy Nərimanbəyovun rəhbərlik etdiyi hökumətin tərkibi 6 üzvdən ibarət idi. Respublikanın ərazisi Mehridən başlamış Sərdarabada qədər olan 8,7 min kvadratkilometri əhatə edirdi. Bu cümhuriyyətin yaradılmasında başlıca məqsəd bölgənin erməni işğalı altına düşməsinə imkan verməmək idi. Qısa müddətdə 20 tabordan, 500 nəfərlik süvari alaydan ibarət hərbi qüvvələr yaradılmışdı. Respublika əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqları müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, eyni zamanda İrəvanın özünü qorxuya salırdı. III Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər. Bunu Ermənistan Respublikasının ilk baş naziri O.Kaçaznuni 1923-cü ildəki çıxışında açıq etiraf edib. Naxçıvanın müdafiəsində Araz-Türk Cümhuriyyətinin qüvvələri ilə yanaşı, Cəfərqulu xan, Rəhim xan, III Kalbalı xan, Kərim xan, Bəhram xan və yerli ziyalıların çox böyük xidmətləri olub.

İsmayıl Hacıyev qeyd edib ki, ingilislər və amerikalılar Naxçıvanı erməni “idarəçiliyinə” vermək üçün çox canfəşanlıq göstəriblər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti, Müsəlman Milli Şurası və Naxçıvan əhalisi buna imkan verməyib. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvan general-qubernatorluğunu yaradıb. General-qubernator əvvəlcə Bəhram xan Naxçıvanski, sonra isə Səməd bəy Cəmillinski olub. 1920-ci ilin aprelində Azərbaycanda bolşevik hakimiyyəti yaradılıb. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edilib və Hərbi İnqilab Komitəsi yaradılıb. Avqustun 10-da Naxçıvan Hərbi İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR XKS-nin sədri Nəriman Nərimanova belə bir məktubla müraciət edib: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”.

Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Behbud ağa Şahtaxtinskinin
də böyük əməyi və tarixi xidmətləri olub

Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvanla bağlı planlarını pozub. Bu işdə iri dövlətlər də onlara kömək göstərə bilməyiblər. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanıyıb və bu diyar ilə əlaqədar iddialarından imtina edib.

“Naxçıvan diyarının əhalisi özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”. Nəriman Nərimanov və onun yaxın silahdaşlarının qəti mövqeyi və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmadı. 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizi diyarın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi”, - deyən akademik bildirib ki, Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Behbud ağa Şahtaxtinskinin də böyük əməyi və tarixi xidmətləri olub. O, Leninə göndərdiyi məktub, teleqram və arayışlarda Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Beləliklə, referendumun nəticəsi, Behbud ağa Şahtaxtinskinin təklifi, Türkiyə tərəfinin ədalətli yanaşması ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi və Naxçıvanın Azərbaycanın tərkibində qalması ilə nəticələnib. 1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Respublikasının təşkili barədə qərar qəbul edib və həmin gün imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapıb: “Naxçıvan vilayəti bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.

Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini
bir daha təsdiqləyib

1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan SSR ilə Türkiyə arasında Rusiya nümayəndəsinin iştirakı ilə imzalanan Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqləyib və onun sərhədlərini qəti surətdə müəyyənləşdirib. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilib - bunlar Türkiyə, Azərbaycan, Ermənistan hökumətləri idi.

AMEA Naxçıvan Bölməsinin sədri 1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getdiyini də qeyd edərək diqqətə çatdırıb ki, bu müzakirələrdə bir məsələ aydın idi - Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti - geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar adlandırılıb. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul edib. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyası və sonrakı konstitusiyalarla təsbit edilib.

Heydər Əliyev Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş edib

Akademik qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə - 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirib. Dahi rəhbər dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə, Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etməklə Ermənistanın ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyətə uğramasına nail olub. Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu olub. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir...”

Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanıb və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib. Konstitusiyanın birinci maddəsində göstərilir: “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir”.

Ulu Öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Naxçıvan Muxtar Respublikasının yaradılması
Azərbaycanın siyasi tarixinin mühüm hadisəsidir

İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm hadisəsidir. Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.

Ümummilli lider, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaradıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər Naxçıvan Muxtar Respublikasını inkişaf etmiş bir diyar kimi görmək istəyirdi. Bununla əlaqədar Prezident İlham Əliyev deyib: “Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm...”

Naxçıvan Ulu Öndərimizin ideyaları işığında sürətlə inkişaf edir

Akademik qeyd edib ki, 1995-ci ildən Naxçıvan Muxtar Respublikasına Vasif Talıbov rəhbərlik edir. Son 25 ildə Naxçıvan Muxtar Respublikası blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, hərtərəfli, dinamik və dayanıqlı inkişafa nail olub. Ali Məclis Sədrinin məqsədyönlü fəaliyyəti, qətiyyətli mövqeyi, yüksək idarəetmə bacarığı, Heydər Əliyev siyasətinə sədaqəti Naxçıvanın uğurlu inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası müdafiə, enerji və ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, gözəl bir diyara çevrilib. Sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə elə böyük nailiyyətlər qazanılıb ki, əvvəllər bunlar ancaq arzu edilə bilərdi. Naxçıvan Muxtar Respublikası abad, səliqəli, gözəl bir diyara çevrilib, yollar abadlaşdırılıb, 2 min kilometrə qədər yeni asfalt yollar çəkilib, Heydər Əliyev Beynəlxalq Hava Limanı yaradılıb, 2 uçuş-enmə zolağı salınıb. 15 ildən artıqdır ki, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb, elektrik enerjisinin generalizasiya gücü 220 meqavata çatdırılıb, bunun böyük bir hissəsi alternativ və bərpaolunan enerji hesabına təmin edilib. Naxçıvan enerji idxal edən respublikadan enerji ixrac edən diyara çevrilib. Yüksək dövlət qayğısı strategiyası işığında Naxçıvan böyük sürətlə, hərtərəfli şəkildə inkişaf edərək ölkəmizin ən inkişaf etmiş regionlarından biri səviyyəsinə çatıb. Təsadüfi deyildir ki, muxtar respublika Azərbaycanın regionları arasında 2017-ci və 2018-ci illərdə 18 parametr üzrə lider region kimi qiymətləndirilib.

“Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2,9 milyard manatı ötüb, 2019-cu illə müqayisədə 2020-ci ildə sənaye məhsulu 1,4, əsas kapitala yönəldilən vəsaitlər 1,1, kənd təsərrüfatı məhsulu 4,6, informasiya və rabitə xidmətləri 5,2 faiz artıb. 2020-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 510 milyon 547 min ABŞ dolları təşkil edib. Və ən əsası tarixin heç bir dövründə Naxçıvan indiki qədər güclü və abad olmayıb. Muxtar respublikada ardıcıl olaraq həyata keçirilən möhtəşəm quruculuq prosesləri müstəqil Azərbaycanın yeni Naxçıvanını yaradıb”, - deyən akademik vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlərində burada görülmüş işlərdən razı qaldığını dəfələrlə bildirib. Dövlətimizin başçısı deyib: “...Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Beləliklə, Naxçıvanın muxtar respublika statusu qazanması və 97 illik inkişafı onun siyasi cəhətdən formalaşmasına, iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə çatmasına gətirib çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY