“AKKORD” OTÜSTÜ XOKKEY ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də “Excelsior” mehmanxanasının meydançasında otüstü xokkey üzrə kişilərdən ibarət komandalar arasında VIII respublika çempionatının həlledici görüşündə “Akkord” və “Atasport” klubları qarşılaşmışlar.
Ölkə çempionatının sonuncu turundan sonra hər iki komanda eyni - 15 xal topladığından onların arasında “qızıl oyun” keçirilmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Saleh Balamiyevin oyunun 11-ci dəqiqəsində vurduğu yeganə qol “Akkord” klubuna Azərbaycan çempionu adını qazandırmışdır.
Ölkənin ikiqat çempionu olmuş “Akkord” komandası respublikamızı Avropa ölkələri çempionlarının turnirində təmsil etmək hüququ əldə etmişdir.
“Akkord” Şirkətlər Qrupundan verilən məlumata görə, ölkə çempionatındakı bu qələbəyə görə 2 oyunçuya mənzil, 2 oyunçuya avtomobil, digərlərinə isə pul mükafatları veriləcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]