Akrobatika üzrə Azərbaycan birinciliyi başa çatıb
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Bakı Gimnastika Məktəbində akrobatika üzrə 21-ci Azərbaycanı birinciliyi başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Gimnastika Məktəbini, Nizami Rayon İdman Məktəbini və “Neftçi” klubunu təmsil edən 30-dan çox iştirakçı 4 dəst mükafat uğrunda mübarizə aparıb.
Yarışın tamaşaçıları və qonaqları səhnədə çıxış edən gimnastları alqışlarla dəstəkləyiblər.
Aynur Hüseynova-Nərmin Ramazanova-Lalə Hüseynova qadın üçlüyünün qarışıq hərəkətləri birinciliyin yaddaqalan məqamı olub. Müsabiqədənkənar çıxış edən qadın akrobatlarımız dəqiq işlənmiş elementlər göstərərək zala toplaşanları heyran qoyublar. Yeri gəlmişkən, qadın akrobatlarımız Bakıda keçiriləcək 2015-ci ilin Avropa oyunlarında ölkəmizi təmsil edəcəklər.
Qarşıda bizi kişilər arasında idman gimnastikası üzrə dekabrın 5-nə planlaşdırılmış Azərbaycan və Bakı birləşmiş birinciliyi, habelə bədii gimnastika üzrə dekabrın 11-12-də keçiriləcək Azərbaycan birinciliyi və Bakı çempionatı gözləyir. Yarışların hər ikisi Milli Gimnastika meydanında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:32]
Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli olub
- 07.05.2026 [18:50]
Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək
- 07.05.2026 [18:45]
Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu
- 07.05.2026 [18:31]
Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib
- 07.05.2026 [18:05]