Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib
Kiyev, 7 may, AZƏRTAC
Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib və bu, ilk belə təşəbbüs deyil. Bu dəfə mayın 6-dan etibarən atəşin dayandırılması təklif olunub. Ukrayna atəşkəs rejiminə tam əməl etməyə hazır idi, lakin bu sülh təklifinə cavab olaraq Rusiyadan yalnız yeni zərbələr və yeni təhdidlər gəldi. Onlar Ukraynadan ildə bir dəfə meydana çıxaraq təhlükəsiz parad keçirmək üçün icazə almaq, sonra isə yenidən insanlarımızı öldürmək və müharibəni davam etdirmək istəyirlər.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Rusiya rəhbərliyinin məntiqi heyrət doğurur və tamamilə qeyri-adekvatdır. Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrin Moskvada olacağı ilə bağlı müraciətlər də var. Qəribə istəkdir, biz bunu tövsiyə etmirik”, - deyə dövlət başçısı qeyd edib.
O, dəqiqliyə görə ukraynalı hərbçilərə, Ukraynanın Xüsusi Təyinatlı Qüvvələrinə və ölkənin müdafiəsini təmin edən digər qüvvələrə minnətdarlığını bildirib.
“Uzaqmənzilli zərbələrin nəticələri var. Xüsusilə Xəzər dənizi regionunda “Kalibr” raketlərini buraxa bilən raket gəmisinə qarşı. Həmçinin Perm regionunda neft sənayesi obyektinə zərbə endirilib. Halbuki bu obyekt dövlət sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Başqa hədəflərə də zərbələr olub. Kəşfiyyatımızın məlumatına görə, Bryansk istiqamətində, Tuapsedə və Rusiyanın bəzi xüsusi neft obyektlərinə qarşı cavab tədbirlərimizin nəticələri bizi qane edir”, - deyə V.Zelenski əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:53]
İsveçdə 13 yaşdan etibarən uşaqlara elektron nəzarət tətbiq oluna bilər
- 07.05.2026 [19:27]
İsrail və Livan nümayəndələri gələn həftə Vaşinqtonda görüşəcəklər
- 07.05.2026 [19:08]
Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür
- 07.05.2026 [17:43]
Alimlər komanda ilə özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar
- 07.05.2026 [17:20]
“Shell”in xalis mənfəəti artıb
- 07.05.2026 [16:29]