Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu
Bakı, 7 may, AZƏRTAC
Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunundan sonra deyib.
“Hökumət” komandasının heyətində çıxış edən nazir “Parlament” kollektivi ilə 6:6 hesablı heç-heçə etdikləri oyunla bağlı təəssüratlarını bölüşüb: “Matç gərgin mübarizə şəraitində keçdi. Dostluq qalib gəlsin deyə tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir”.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:32]
Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli olub
- 07.05.2026 [18:50]
Azərbaycanı Avropa çempionatında 9 taekvondçu təmsil edəcək
- 07.05.2026 [18:31]
Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib
- 07.05.2026 [18:05]
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- 07.05.2026 [17:57]
Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku”nu 45 medalla başa vurublar
- 07.05.2026 [17:27]
Azərbaycan klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb
- 07.05.2026 [16:11]