Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib
Bakı, 7 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin final oyunundan öncə yoldaşlıq matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada “Parlament” və “Hökumət” komandaları üz-üzə gəliblər. Matç 6:6 hesablı heç-heçə ilə bitib.
Daha əvvəl üçüncü yer uğrunda görüşdə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluğun komandasına 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.
Final matçında isə SOCAR və “Azərişığ”ın komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:50]
Azərbaycanı Avropa çempionatında 9 taekvondçu təmsil edəcək
- 07.05.2026 [18:45]
Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu
- 07.05.2026 [18:05]
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- 07.05.2026 [17:57]
Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku”nu 45 medalla başa vurublar
- 07.05.2026 [17:27]
Azərbaycan klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb
- 07.05.2026 [16:11]
“Neftçi” basketbol komandası Dünya Seriyasının 1/4 finalında
- 07.05.2026 [14:19]