Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür
Bakı, 7 may, AZƏRTAC
Meksika paytaxtının yerləşdiyi ərazinin sürətlə çökdüyü qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatlarına istinadla CNN telekanalı məlumat yayıb.
Yer səthinin radiolokasiya tədqiqi üçün nəzərdə tutulan NISAR peykindən əldə edilən yeni görüntülər Mexiko şəhərinin yerləşdiyi torpağın sürətlə çökdüyünü nümayiş etdirir. Belə ki, çökmə səviyyəsi ildə 10 santimetrdən 24 santimetrədək təşkil edir. Xüsusilə də Benito Xuares adına Beynəlxalq Hava Limanının ərazisində və paytaxtın əsas prospektində yerləşən “Müstəqillik mələyi” abidəsinin yaxınlığında torpaq daha sürətlə çökür.
Belə vəziyyətin səbəbi şəhərin qədim gölün yerində yerləşməsi ilə bağlıdır. Həmin göl meqapolisin 22 milyon sakini üçün içməli suyun təxminən 60 faizini təmin edir. Uzun illər ərzində suyun aktiv şəkildə çıxarılması yeraltı qatların tükənməsinə gətirib çıxarıb ki, bu da torpağın çökməsinə səbəb olur. Bir əsr ərzində Meksikanın paytaxtı 12 metr çöküb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]