“Real Madrid”in futbolçusu komanda yoldaşı ilə davadan sonra xəstəxanaya yerləşdirilib
Bakı, 7 may, AZƏRTAC
İspaniyanın "Real Madrid" komandasının yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Orelyen Çaumeni ilə dava etdikdən sonra xəstəxanaya yerləşdirilib.
AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, məşq zamanı mübahisə edən oyunçuları digər futbolçular sakitləşdiriblər. Dava daha sonra paltardəyişmə otağında davam edib.
Bu, son vaxtlar “Real Madrid”də baş verən ilk xoşagəlməz hal deyil. Daha əvvəl Antonio Rüdiger və Alvaro Karreras arasında münaqişə olub.
İddiaya görə, komandada özbaşınalıq hökm sürür. Belə ki, "kral klubu"nun ən azı altı oyunçusunun baş məşqçi Alvaro Arbeloa ilə əlaqəni kəsdiyi, bəzilərinin isə bir-biri ilə danışmadığı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, “Real Madrid” mayın 10-da səfərdə “Barselona” ilə qarşılaşacaq. Hazırda Kataloniya klubu 88 xalla liderdir. Paytaxt təmsilçisi isə 77 xalla ikinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
- 07.06.2026 [18:57]
Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]