Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək
Bakı, 7 may, AZƏRTAC
Taekvondo üzrə Azərbaycan millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Münxendə təşkil olunacaq turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək.
Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərrəmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram), qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) dayanq üzərinə çıxacaqlar.
Qeyd edək ki, turnir mayın 11-dən 14-dək təşkil olunacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:32]
Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli olub
- 07.05.2026 [18:45]
Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu
- 07.05.2026 [18:31]
Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib
- 07.05.2026 [18:05]
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- 07.05.2026 [17:57]
Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku”nu 45 medalla başa vurublar
- 07.05.2026 [17:27]