SOCAR komandasının baş məşqçisi: Finaldakı böyükhesablı qələbə bizim üçün sürpriz oldu
Bakı, 7 may, AZƏRTAC
Turnirdə çox güclü komandalar mübarizə apardı. Qalib olduğumuz üçün çox xoşbəxtik. Bu qələbə oyunçularımızın zəhməti nəticəsində başa gəldi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında SOCAR komandasının baş məşqçisi Fuad Rzayev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin final oyunundan sonra deyib.
O, “Azərişıq” komandası ilə görüşdə böyükhesablı qələbə gözləmədiklərini və nəticənin onlar üçün sürpriz olduğunu söyləyib: “5:0 hesabı ilə rəqibi üstələdik. Oyuna ciddi hazırlaşmışdıq. Final qarşılaşmasında erkən qollar bizə əlavə motivasiya verdi. Rəqib də güclü komandadır və sona qədər mübarizə apardı”.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]