Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
Moskva, 7 may, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının himayəsi altında İrəvanda keçirilən tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ilə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan diplomatının Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşünün yekunlarına dair məlumatda deyilir.
Rusiya xarici siyasət idarəsi Ermənistanda Zelenskiyə “Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi” üçün “tribuna” verilməsini “qətiyyən qəbuledilməz” adlandırıb.
Məlumata əsasən, Ermənistanın səfiri Moskvanın mövqeyi barədə ölkə rəhbərliyini məlumatlandıracağını bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]