Fərid Qayıbov: “Hökumət” və “Parlament” komandaları arasında oyun turnirə xüsusi rəng qatdı VİDEO
Bakı, 7 may, AZƏRTAC
Bu gün xüsusi gün oldu. Çünki “Hökumət” və “Parlament” komandaları yoldaşlıq görüşündə mübarizə apardılar. Çox maraqlı və gərgin oyun alındı, qarşılaşma 6:6 hesablı heç-heçə ilə yekunlaşdı. Bu matç turnirə xüsusi rəng qatdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turniri barədə danışarkən deyib.
O, Tennis Akademiyasında möhtəşəm ab-havanın hökm sürdüyünü bildirib: “Hər il final matçlarında azarkeşlərin sayı çox olur. Ümumiyyətlə, turnirə maraq kifayət qədər yüksəkdir. Qurumların əməkdaşları komandalarına dəstək olmaq üçün buraya gəlirlər və tribunada çox gözəl atmosfer yaranır”.
Qeyd edək ki, turnirdə SOCAR qızıl, “Azərişıq” gümüş, Ədliyyə Nazirliyi isə bürünc medallara sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:32]
Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli olub
- 07.05.2026 [18:50]
Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək
- 07.05.2026 [18:45]
Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu
- 07.05.2026 [18:31]
Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib
- 07.05.2026 [18:05]
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- 07.05.2026 [17:57]