Aksiya iştirakçılarının fəallığı axşam saatlarında da müşahidə olunur
Şuşa, 27 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 16 gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.
Onlar axşam saatlarında da mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.