Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.
DGK-dan AZƏRTAC-a bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi Nehrəm qəsəbəsi ərazisində saxlanılıb və keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası ilə markalanmayan, ümumi sayı 35 min 350 qutu (707 min ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.