Aktauda 1450-ə yaxın Azərbaycan vətəndaşı prezident seçkilərində səs verəcək
Aktau, 11 aprel, AZƏRTAC
Aprelin 11-də yerli vaxtla səhər 8:00-da Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulluğunda Yasamal rayonu III seçki dairəsi 55 saylı seçki məntəqəsində Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub.
Konsulluq şöbəsində qeydiyyatda olan 1450-ə yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau