CƏMİYYƏT
Ali Məhkəmədə femida könüllülərinə sertifikatlar təqdim edilib
![](/files/galleryphoto/2024/1/1200x630/17061095252124924158_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706109525110741105_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706109525537251740_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061095251202633700_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706109525281065808_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061095255326049940_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Ali Məhkəmədə fəaliyyətlərini uğurla başa vuran femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Mərasimdə iştirak edən Ali Məhkəmə Aparatının rəhbəri Elvin Hətəmzadə, Daxili nəzarət və insan resursları şöbəsinin müdiri Mahir Məlikov və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşüb, onların məhkəmə işinə verdiyi töhfədən danışıblar.
Sonra məzun olan femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Ali Məhkəmədə fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək fəaliyyətlərini başa çatdırıblar.
Xatırladaq ki, “Femida Könüllüləri” Təşkilatı Ali Məhkəmədə fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə təsis edilib. Təşkilatın yaradılmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək göstərmək, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığını artırmaq, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətini təmin etmək, məhkəmə-hüquq sistemində aparılan islahatların təbliğ və tətbiqinə dəstək göstərmək, ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə verməkdir. 2023-cü ilin sentyabrından etibarən ümumilikdə 134 hüquq təhsili alan gənc müxtəlif məhkəmə orqanlarında könüllülük fəaliyyətini başa vurub. 2024-cü ilin fevralından 21 müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyətinin təşkil edilməsi nəzərdə tutulur.