Ali Məhkəmənin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
Bakı, 10 yanvar, AZƏRTAC
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev yanvarın 13-də saat 10:00-da Yevlax Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Yevlax rayonu, C.Cabbarlı küçəsi, 9) Yevlax, Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (feysbuk və tviter) vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat 2023-cü il yanvarın 12-də saat 18:00-da başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [11:11]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
- 15.10.2026 [11:03]