Ali təhsilə dəstək Koalisiyası çərçivəsində fəaliyyətlərə start verilmişdir
Bakı, 30 iyun (AZƏRTAC). Bu gün Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzində Azərbaycan Tələbələr Birliyinin təşəbbüsü ilə formalaşan “Ali təhsilə dəstək Koalisiyası” çərçivəsində memorandumun imzalama mərasimi keçirilmişdir.
Memorandumu Azərbaycan Tələbələr Birliyi ilə yanaşı, Gənclər üçün Təhsil Mərkəzi, Uğurlu Gələcək İctimai Birliyi, XXI əsr Təhsil Mərkəzi, ESN-Azərbaycan, AEGEE-Bakı, Sağlam Düşüncə Gənclər Təşkilatı, Gəncliyin Səsi Maarifləndirmə İctimai Birliyi, Yeni Gənclik Tələbə Birliyi imzalamışlar.
Tədbirdə Koalisiya çərçivəsində gələcək fəaliyyətlər və Koalisiyanın işləmə mexanizmləri müzakirə edilmişdir. QHT nümayəndələrinin fikirləri dinlənilmiş və təkliflər səsləndirilmişdir. Koalisiyanın görüşlərinin ayda iki dəfədən az olmayaraq keçirilməsi qərara alınmışdır.
Koalisiyanın ilk görüşündə Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə “Universitetlərdə keyfiyyətli təhsil” mövzusunda tədbirin keçirilməsi qərara alınmışdır.
Görüşdə mövzuya uyğun problemlərdən söz açılacaq, təkliflər səsləndiriləcəkdir. Həmin təkliflərin aidiyyəti qurumlara göndərilməsi planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]