ALİMLƏRİN FİKRİNCƏ, PLANETİMİZİN MAQNİT SAHƏSİNİN ZƏİFLƏMƏSİ BÜTÜN CANLI ALƏM ÜÇÜN CİDDİ TƏHLÜKƏDİR
Alimlər hesab edirlər ki, həmin proses zamanı planetin maqnit sahəsi getdikcə zəifləyərək, əslində, tükənəcək, sonra yenidən, lakin əks qütbdə təzahür edəcəkdir. Məsələn, kompasın əvvəllər şimal qütbünü göstərən əqrəbi, cənub qütbünə tuşlanacaqdır. Lakin coğrafi qütblərlə və maqnit qütblərini qarışdırmaq olmaz.
Maqnit sahəsi Yer kürəsinin həyatında əhəmiyyətli rol oynayır: o, bir tərəfdən, planetimizi Günəşdən və Kosmosun ənginliklərindən uçub gələn yüklənmiş zərrəciklər selindən qoruyur, digər tərəfdən isə, hər il miqrasiya edən canlılar üçün yol göstəricisi rolu oynayır. Maqnit sahəsinin tükənməsinin hansı fəlakətlərlə nəticələnəcəyini dəqiq demək çox çətindir.
Lakin alimlərin fikrincə, bu, yüksək gərginlikli elektrik xətlərində qəzalara, peyklərin işinin pozulmasına, beynəlxalq kosmik stansiyanın heyəti üçün problemlərin yaranmasına və digər texniki çətinliklərə səbəb ola bilər. Qütblərin yerdəyişməsi – min illərlə vaxt aparacağından, istiqaməti maqnit xətləri ilə müəyyənləşdirən canlı aləm buna uyğunlaşaraq yaşaya biləcəkdir.
Planetimizdə belə kəskin çevriliş sonuncu dəfə 780 min il əvvəl olmuşdur. Onda əcdadlarımız hələ daş alətlər yaratmağı öyrənirdilər.