Alman lüks avtomobil istehsalçısı “Isdera” iflasa uğrayıb
Berlin, 15 aprel, AZƏRTAC
Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “Isdera” iflas elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Az sayda bahalı, sifarişli avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur fəaliyyət göstərir. Şirkət 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Schulz tərəfindən təsis edilmişdi. Onun ofisi hazırda Sent-İnqbertdə (Saarland) yerləşir.
“Isdera” avtomobilləri hərraclarda bir milyon avrodan baha qiymətə satılıb. Məsələn, “Commendatore 112i” modeli 2021-ci ildə 1,2 milyon avroya satılıb. 2016-cı ildə Schulz “Isdera”nı Çin tərəfdaşları ilə elektrik avtomobili hazırlayan “Sinfonia Automotive AG” şirkətinə satdı. Ancaq uğur heç vaxt gəlmədi.
Nəşr aydınlaşdırıb ki, iflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]