Almaniya Bundesliqası: “Bavariya” mərkəzi oyunda "Bayer"ə böyük hesabla uduzub
Bakı, 11 fevral, AZƏRTAC
Almaniya Bundesliqasında XXI turun daha 6 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə "Bavariya" səfərdə "Bayer"ə 3 cavabsız qolla uduzub.
Digər matçlarda "Leyptsiq" "Auqsburq"la 2:2, "Ayntraxt" "Boxum"la 1:1, "Borussiya" (Münxenqladbax) "Darmştadt"la 0:0 hesablı heç-heçə edib, "Union" evdə "Volfsburq"a 1 cavabsız qolla qalib gəlib, "Verder" isə "Haydenhaym"la bacarmayıb - 1:2.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 55 xalla "Bayer" başçılıq edir. 50 xalı olan "Bavariya" ikincidir. "Ştutqart" və Dortmund "Borussiya"sı isə hərəyə 40 xalla 3-4-cü yerləri bölüşdürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]