Almaniya Bundestaqının üzvləri Göygölün tarixi irsi ilə tanış olublar
Göygöl, 27 aprel, AZƏRTAC
Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti Göygöl rayonunda olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, alman parlamentarilərlə görüşən rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl rayonunun tarixi-mədəni irsi, bölgənin turizm potensialı barədə məlumat verib.
Görüşdə Azərbaycan–Almaniya əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti rayonun tarixi məkanları ilə yaxından tanış olub.
Müxbir - Elcan Məmmədov