ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ XANIM ANGELA MERKELƏ
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Biz Azərbaycan-Almaniya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, dost ölkələrimiz arasındakı əlaqələr, qarşılıqlı maraq doğuran bir çox sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2005-ci il.