Almaniya iyunda Malidən hərbi kontingentini çıxarmağa başlayacaq
Bakı, 31 mart, AZƏRTAC
Almaniya cari ilin iyun ayında Malidən hərbi kontingentini çıxarmağa başlayacaq.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hökumətin rəsmi planlarına əsasən, BMT-nin Malidə vəziyyətin sabitləşdirilməsi üzrə çoxprofilli missiyası bundan 12 ay sonra - 2024-cü ilin yayında başa çatmalıdır.
Qəzetin məlumatına görə, Bundesverin maddi-texniki bazası ilə əlaqədar Almaniyanın öz kontingentini Malidən çıxarması üçün xeyli vaxta ehtiyacı olacaq. Bütün texnika və ləvazimatı daşımaq üçün 1700 yük konteyneri lazımdır. Onlar böyük hava limanının olduğu qonşu Nigerə aparılmalı, oradan isə təyyarələrlə Almaniyaya qaytarılmalıdır.
Hazırda Almaniyanın Malidə 1,1 min hərbçidən ibarət kontingenti yerləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]