Almaniya kansleri ölkədəki nümayişlərdə İsrail əleyhinə səslənən şüarları pisləyib
Berlin, 24 may, AZƏRTAC
Yaxın Şərqdəki hadisələrə münasibət bildirmək üçün şənbə günü bütün Almaniyada nümayişçilər küçələrə çıxıb.
AZƏRTAC xəbər verir ki, 2 min nəfərin iştirak etdiyi ən genişmiqyaslı aksiyalar paytaxtın mərkəzində və Frankfurtda keçirilib. Drezdendə günortadan sonraya planlaşdırılan digər böyük üçüncü nümayiş isə polisə təqdim olunan ekstremist şüarlar səbəbindən son anda qadağan edilib.
Ölkə kansleri Angela Merkel vətəndaşları antiisrail xarakterli transparantlarla “qırmızı xətti” keçməmələri barədə xəbərdarlıq edib.
“Əsas Qanun ifadə azadlığı və dinc toplaşmaq hüququnu təmin edir. Lakin bu, digər dinlərə mənsub insanlara hücum etməyə əsas vermir. Zorakılığın və irqçiliyin təbliğinə yol vermək olmaz”, - deyə o xalqa etdiyi videomüraciətdə bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]