Almaniya klubundan Azərbaycan millisinə futbolçu dəvət olunub
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 23-dən mayın 2-dək Bakıda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, hazırlıq prosesinə Ayxan Qocayev (“Sumqayıt”), Emil Həbibov (“Sabah”), Xəyal Ferzullayev (“Sumqayıt”), Vaqif Yeganov (“Qarabağ”), Murad Musayev, Samir Ağayev (hər ikisi “Qəbələ”), Həmzəalı Mikayilov (“Sabah”), Musa Məmmədov (“Qarabağ”), Rüfət Abbasov (“Neftçi”), Ravil Qafarov (“Qəbələ”), Aslan Şirinov (“Neftçi”), Hacıəli Şirəliyev, Amir Qəribov (hər ikisi “Səbail”), Edqar Ədilxanov (“Şamaxı”), Fəxri Məmmədli (“Sabah”), Şahin Şahniyarov (“Qəbələ”), Ceyhun Hacıyev (“SC Paderborn 07”, Almaniya), Okan Təhməzli (“Qəbələ”), Murad Məmmədov (“Neftçi”), Eşqin Əhmədov, Sənan Ağalarov (hər ikisi “Qəbələ”), Nihad Əhmədzadə (“Sumqayıt”), Ramil Nurəhmədov (“Sabah”) və Sadiq Şəfiyev (“Turan Tovuz”) dəvət olunublar.