ALMANİYA SİQARET ÇƏKMƏYƏ QADAĞANI TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏN BAŞLAMIŞDIR
AZƏRTAC-ın Berlindəki xüsusi müxbiri xəbər verir ki, təhsil və səhiyyə nazirlikləri gənc nəslin sağlamlığına və tərbiyəsinə mənfi təsir göstərən təhlükəli vərdişə son qoymaq məqsədi ilə federal əyalətlərin sərəncamında olan ümumtəhsil məktəblərinə və universitetlərinə aid ərazilərində siqaret çəkməyə qadağa qoymuşlar.
Müvafiq nazirliklər və onların tabeliyində olan təhsil müəssisələri bununla bağlı sərəncamlar imzalamışlar. Sərəncamlarda göstərilən tələblərə görə, şagird və tələbələrə təhsil ocağı ərazisində siqaret çəkmək qəti qadağan olunur. Professor-müəllim heyəti və rəhbər məmurlar isə xidməti otaq və kabinetlərdən kənarda, xüsusi ayrılmış yerlərdə siqaret çəkə bilərlər. Qaydanı pozanlar barəsində cərimə, hətta belə təhsil sistemindən qovulmaq kimi ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]