ALMANİYA TƏYYARƏ İLƏ UÇUŞ BİLETLƏRİNİN QİYMƏTİNİ QALDIRIR
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, Almaniyanın dünyamiqyaslı Lufthanza inhisarı başda olmaqla digər 21 hava yolları şirkəti bütövlükdə bu il sentyabrın 1-dən başlayaraq təyyarə biletlərinin qiymətinə rüsumlar əlavə etməklə büdcənin mədaxil və məxaricini tənzimləmək qərarına gəlmişdir. Beləliklə, bu ilin payızından etibarən təyyarə ilə üçüş xeyli bahalaşacaqdır.
Lufthanza hava yolları şirkətinin “Di Velt am Zonntaq” qəzetinin bazar günü nömrəsində dərc etdirdiyi rəsmi elanda xəbərdarlıq edilir ki, Almaniya hava yolları şirkətlərinin ölkədaxili və Avropanın digər ölkələrinə uçuş reyslərinə sentyabrın 1-dən başlayaraq satılan biletlərin xərcləri üzərinə 30-35 avro, uzaq məsafələrə uçuş biletlərinin qiymətinə isə 45-50 avro məbləğində rüsum əlavələri ediləcəkdir.
Bundan əlavə, səyahət xidmət bürolarında biletləri əvvəlcədən gələcək uçuş reyslərinə sifariş edən və ehtiyatda saxlatdıran sərnişinlər qanunla müəyyənləşdirilmiş 80-90 avro məbləğində əlavə rüsum da ödəməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]