Almaniya vətəndaşlarının əksəriyyəti radikal sağçı AfD-nin qadağan olunmasına qarşıdır
Berlin, 20 iyul, AZƏRTAC
Almaniyada əhalinin əksəriyyəti radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunmasına qarşıdır.
AZƏRTAC xəbər verir ki, “Allensbach” İctimai Rəy İnstitutunun “Frankfurter Allgemeine Zeitung” qəzetinin sifarişi ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 52 faizi partiyanın qadağan olunmasının əleyhinə, 27 faizi isə lehinə olduğunu açıqlayıb.
Şərqi Almaniyada respondentlərin təxminən 65 faizi, ölkənin qərbində isə 49 faizi AfD-nin qadağa olunmasını düzgün hesab etmir. Qərbi Almaniyada respondentlərin 67 faizi, Şərqi Almaniyada isə 88 faizi tanıdığı şəxslər arasında AfD-yə rəğbət bəsləyənlərin olduğunu bildirib.
Həmçinin rəyi soruşulanların 54 faizi AfD-ni sağ radikal kimi xarakterizə etdiyi halda, yalnız 5 faizi partiyanın tərəfdarları haqqında belə düşünür. Respondentlərin əksəriyyəti, həmçinin AfD-nin qadağan olunması təşəbbüsünü digər partiyaların arzuolunmaz rəqibdən qurtulmaq niyyəti kimi qiymətləndirib.
Qeyd edək ki, AfD-nin qadağan olunması tələbləri Almaniya daxili kəşfiyyat xidməti tərəfindən partiyanın qəti şəkildə sağ radikal kimi təsnif edilməsindən sonra daha da güclənmişdi. Lakin AfD bu qərara qarşı hüquqi yolla mübarizə apardığı üçün proses müvəqqəti olaraq dondurulub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]