ALMANİYADA BEYNƏLXALQ KİTAB YARMARKASI AÇILIR
Təşkilatçıların məlumatına görə, “Koreyanı kəşf edin” şüarı altında keçəcək tədbirdə təqribən 1000 müəllif, 270 mindən çox tamaşaçı, o cümlədən 180 min mütəxəssis iştirak edəcəkdir. Oktyabrın 23-dək davam edəcək yarmarka çərçivəsində ilk dəfə olaraq 30 min avrodan 850 min avroyadək dəyərində əntiq kitabların satış yarmarkası da keçiriləcəkdir.
Tədbirin “Kral futbol” bölməsində 2 min kvadratmetr sahədə 2006-cı ilin futbol üzrə dünya çempionatına həsr olunmuş “Futbol aləmi” ekspozisiyası açılacaqdır. Burada futbol mövzusunda yazan ədiblərlə görüşlər, idman jurnalistikası, hakimlər arasında korrupsiya problemlərinə dair diskussiyalar keçiriləcək, Almaniya və Cənubi Koreya müəllifləri arasında futbol görüşü olacaqdır.
Frankfurt beynəlxalq kitab yarmarkası türk yazıçısı Orxan Pamuka Almaniya kitab ticarəti Birja İttifaqının 2005-ci il üçün sülh mükafatının təqdim olunması ilə başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]