Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb
Berlin, 12 iyul, AZƏRTAC
Almaniyanın Aşağı Saksoniya əyalətinin Gifhorn bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində altı nəfər xəsarət alıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Niderlanddan olan 23 sərnişini daşıyan turist avtobusu idarəetməni itirərək yoldan çıxıb və bir neçə ağaca çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar arasında avtobusun sürücüsü də var. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qəza yerinə təcili tibbi yardım briqadaları və helikopterlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]