ALMANİYADA SİQARET QAÇAQMALÇILIĞI İLƏMƏŞĞUL OLAN MÜTƏŞƏKKİL DƏSTƏNİNFƏALİYYƏTİNƏ SON QOYULMUŞDUR
Siqaret qaçaqmalçıları Brandenburq və Hessen federal əyalətləri ərazilərində daimi müştəriləri sayılan ticarət mərkəzlərinə qaçaqmalçılıq yolu ilə üç milyon qutu siqaret ötürərkən cinayət başında yaxalanmışlar. Yaxalananlar Almaniya, Polşa və Baltikyanı ölkələrin vətəndaşlarıdır.
Həbs edilənlərin Almaniyadakı 14 mənzilində və 6 gizli anbarında, o cümlədən Polşa ərazisindəki “əmtəə təchizatçısı”nın həyətindəki gizli anbarda axtarış zamanı külli miqdarda siqaret, saxtalaşdırılmış sərhəd gömrük rüsum sənədləri, qiymət cədvəlləri, narkotika və xarici valyuta aşkar edilmişdir.
Müəyyən olunmuşdur ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri 2004-2005-ci illər ərzində mütəmadi olaraq Polşa-Almaniya marşrutu ilə 65 qanunsuz siqaret satışı əməliyyatı həyata keçirmiş, Almaniyadakı tərəfdaşlarını 19 milyon qutu qaçaqmalı siqaretlə təchiz etmiş və milyonlarla avro məbləğində gömrük rüsumu ödənişindən yayınmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]