Almaniyanın nüfuzlu universitetlərindən Bakıya gəlmiş tələbələr ekoloji parkda olmuşlar
Bakı, 7 mart (AZƏRTAC). Martın 7-də Bakı Ali Neft Məktəbi (BANM) və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən “Bakı qış neft məktəbi”nin layihəsində iştirak etmək üçün Almaniyanın nüfuzlu universitetlərindən Bakıya gəlmiş tələbələr ekoloji parkda olmuşlar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara “ARDNŞ-in ekoloji layihələri” mövzusunda təqdimat nümayiş etdirilmişdir.
Təqdimatda ARDNŞ tərəfindən həyata keçirilən ekoloji layihələr, ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması haqqında məlumatlar çatdırılmışdır. Ekoloji parkda gəzinti zamanı qonaqlara parkın yaradılması, istehsalat sahələri və infrastrukturu, burada quraşdırılan külək generatorları, günəş batareyaları və parkda tətbiq olunan digər texnologiyalar barədə də ətraflı məlumat verilmişdir. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilər və onların becərilmə üsulları əcnəbi tələbələrdə maraq doğurmuşdur. Onlar körpə fidanları xüsusi qablara köçürərək, qabların üzərində öz ad və soyadlarını yazmışlar.
Tədbirin sonunda iştirakçılara ekologiya idarəsinin hədiyyələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]