Almaniyanın yeni parlamentinə balkanəsilli 21 deputat daxildir
Sarayevo, 26 fevral, AZƏRTAC
Balkan kökləri olan 21 nəfər Almaniyada yeni federal parlamentə - Bundestaqa üzv seçilib.
AZƏRTAC xəbər verir ki, ötən bazar günü keçirilən seçkilərin nəticələrinə görə, yeni parlamentə əsasən Türkiyədən olan 21 balkanmənşəli deputat daxildir. Onların əksəriyyəti türk köklüdür və solçu partiyaları təmsil edirlər. Balkanəsilli deputatların əksəriyyəti Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası və Sol Partiyasının üzvüdürlər.
Türkmənşəli deputatların əksəriyyəti kimi yeni parlamentə daxil olan Bosniya və Herseqovina və xorvatəsilli deputatlar da solçu partiyaları təmsil edirlər.
Xatırladaq ki, 2021-ci ildə keçirilən seçkilərdə Bundestaqa balkanmənşəli 24 deputat üzv seçilmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]