ALMATIDA ASİYADA ETİMAD TƏDBİRLƏRİNƏ DAİR MÜŞAVİRƏNİN XARİCİ İŞLƏR NAZİRLƏRİ SƏVİYYƏSİNDƏ İCLASI BAŞA ÇATMIŞDIR
İclasda terrorizm, separatizm, ekstremizmlə mübarizə, Əfqanıstanda vəziyyət, Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunması məsələləri müzakirə edilmişdir. Nümayəndələr beynəlxalq ictimaiyyəti İraqın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırmışlar.
İclasda Etimad Tədbirləri kataloqu, siyasi bəyannamə və rəsmi qaydalar qəbul olunmuşdur.
Etimad Tədbirləri kataloqu terrorizmlə birgə mübarizə, terrorizm, separatizm və ekstremizmlə mübarizə üzrə informasiya mübadiləsinin aparılmasını nəzərdə tutur.
Vaqif Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir ki, bu məsələdə ikili standartların olması problemin həllinə maneçilik törədir. Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarına ermənilər köçürülür, bu da beynəlxalq normalara ziddir.
Bu problemlə bağlı V.Sadıqov Özbəkistan xarici işlər nazirinin müavini Vladimir Norov, Əfqanıstan xarici işlər nazirinin birinci müavini Zalmo Əziz, Tailandın xarici işlər naziri Surakiat Satintay, Qazaxıstan xarici işlər nazirinin müavini Əsgər Şakirovla görüşmüş, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermişdir.
Xatırladaq ki, 16 ölkə Asiyada Etimad Tədbirlərinə dair müşavirənin üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]