ALMATIDA NƏQLİYYATÇILARIN I BEYNƏLXALQ KONFRANSI KEÇİRİLMİŞDİR
Ölkəmizi bu konfransda Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” departamentinin daşımaların təşkili şöbəsinin rəisi Etibar Əliyev, Avtomobil Daşımaları Assosiasiyasının prezidenti Tofiq Nurullayev və Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının Baş katibi Orxan Əfəndiyev təmsil etmişlər.
Konfransda üçüncü ölkələrə daşımalarda tranzit üçün icarə sisteminin aradan qaldırılması, gömrük qaydalarının sadələşdirilməsi, daşınan yüklərin gömrükdən operativ keçirilməsi və bir sıra digər məsələlər müzakirə olunmuş, bəyannamə qəbul edilmişdir.